İrandan küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan şəxsə hökm oxunub

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Əlman Qurbanovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Azadinform" xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Məhkəmənin hökmü ilə Əlman Qurbanov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Əlman Qurbanov Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31