Noyabrda batan 4 balıqçıdan 3-nün cəsədi hələ də tapılmayıb
12 Dekabr 2012 17:10 KriminalNoyabrın 24-də Xəzər dənizinin Nabran hissəsində batan 4 balıqçıdan birinin cəsədi tapılsa da, digər 3 nəfərdən hələ də xəbər yoxdur. Rtv.az məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış tədbirləri aparılsa da indiyədək heç bir nəticə əldə olunmayıb. Hazırda Xəzərin Nabran istiqamətindən Niyazabad kəndi ərazilərinə qədər olan hissələrdə axtarış əməliyyatları davam etdirilir. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31