Kütləvi davada həmyerlisinin cinsi orqanını kəsdi
12 Dekabr 2012 16:28 KriminalAzərbaycanın Beyləqan rayonunda dəhşətli cinayət törədilib. Beyləqan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Beyləqan Rayon Mərkəzi Xəstəxanasından şöbəyə rayon sakininin cinsiyyət orqanının kəsilməsi barədə məlumat daxil olub. Məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb. Kənddə bir qrup şəxs arasında dava baş verib, davada iştirak edənlərdən biri digər kənd sakininin cinsiyyət orqanını kəsib. Yaralı təcili xəstəxanaya çatdırılıb, polis baş vermiş hadisə ilə bağlı araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31