Ağstafada faciə: qatar insanın üstündən keçdi

Dekabrın 11-də Ağstafa rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 10.15 radələrində Ağstafa rayonunun Eynallı kəndi ərazisində, Samux rayon sakini Qədim Əsədov elektrovozu idarə edərkən, kənd sakini Nazim İbrahimovu vurub.
Elektrovozun altında qalmış N.İbrahimov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla əlaqədar Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31