ABŞ-da erməni seksual manyaklar saxlanıldı
37 cinayətkarın arasında yenə də erməni var
12 Dekabr 2012 12:47 KriminalABŞ-da keçirilən xüsusi əməliyyat nəticəsində seksual cinayətkarlar saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkarlar arasında arasında ermənilər də olub. Belə ki, Birləşmiş Ştatların Los-Anceles ştatında Ermənistan, Meksika, Salvador, Honduras, Vyetnam, Trinidad, Filippin, Nikaraqua və Qvatemaladan olan 37 cinayətkar immiqrasiya və gömrük Bürosu tərəfindən aşkar edilib. Cinayətkarların böyük əksəriyyətinin Meksikadan olduğunu açıqlanıb.
Amerikanın immiqrasiya və gömrük Bürosu bu əməliyyatı ölkədəki qaçaq cinayətkarları tapmaq məqsədilə həyata keçirdiklərini bildirib. Artıq həmin cinayətkarların Amerikadan deportasiya olunacağı da açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31