Bakıda Bolqarıstan vətəndaşının kirayə götürdüyü ev partladı: yaralı var

Bakı şəhərinin Nərimanov rayonunda partlayış baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bolqarıstan Respublikasının vətəndaşının kirayə götürdüyü ümumi sahəsi 100 kvadrat metr olan üçotaqlı mənzildə partlayış baş verib. Partlayış nəticəsində mənzildə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Partlayış nəticəsində yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31