Tovuzda mənzildə qaz sızmasından partlayış olub

Tovuzda mənzildə qaz sızmasından partlayış olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz şəhərində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə partlayış baş verib. Partlayış nəticəsində mənzilin mətbəxindəki iki pəncərə çərçivəsi yerindən çıxıb.Yanğın hadisəsi olmayıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31