Bakıda minik maşını işıq dirəyinə çırpıldı, yaralılar var

Qəza nəticəsində sürücü və sərnişini xəsarət alıb

Bakının Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobili işıq dirəyinə çırpılıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Hadisə şahidlərinin sözlərinə görə, sürücü və sərnişini xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 00:33 radələrində başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31