"Ömər” ləqəbli “qanuni oğru” polis maşınında öldü – FOTO
21 May 2012 16:59 KriminalRusiyanın Krasnodar diyarının Anapa şəhərində polis maşınında 37 yaşılı "qanuni oğru" Merali Musoyan vəfat edib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, "Ömər" ləqəbli yezidi kürd Musayan polisin "Ford Focus" markalı xidməti maşınında ölüb.
Rusiya Federasiyası Baş Prokurorluğunun İstintaq Komitəsinin məlumatına görə, narkotikdən istifadə etməkdə şübhəli bilinən Musoyan mayın 19-da Anapanın Zayra xutoru yaxınlığında idarə etdyi "Nissan Patrol" maşınında həbs edilib. Saxlanılarkən onun üzərində narkotik maddə aşkar edilib. "anapa.info"nun məlumatına görə, Musoyan saxlanılarkən üzü üstə yerə uzadılıb və əllərinə qandal vurulub. Bundan sonra polisin xidməti maşını ilə yerli şöbəyə gətirilib. Amma yolda qəflətən səhhəti pisləşən Musoyan şöbəyə çatmamış dünyasını dəyişib. Hal-hazırda Musoyanı saxlayan OMON-un 6 əməkdaşı onun ölümü ilə bağlı dindirilir. İlkin versiyaya görə, "qanuni oğru"nun ölümünə aldığı travmatik şok səbəb olub.
"Life News"un yaydığı məlumata görə isə Musoyan saxlanılarkən aldığı zərbədən bir neçə qabırğası sınıb. Onun mühafizəçisi də ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.
"Prime Crime"a verilən məlumata görə isə Musoyan yaşadığı oteldə həddən artıq spirtli içik qəbul edibmiş. "Oteldən çıxarkən də özünü yaxşı hiss etməyib. Bundan başqa, onu saxlayan polisə müqavimət də göstərib" - deyə, etibarlı mənbə bildirib.
Merali Musoyanın ölümü ilə bağlı cinayət işi qaldırılıb.