Bakıda TIR aşdı, 2 min yeşik xurma ətrafa dağıldı

Binəqədi rayonu ərazisindən keçən Bakı dairəvi yolda yük maşını aşıb. Baş Dövlət Yol Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Ukraynaya məxsus TIR Biləcəri ərazisində yoldan çıxaraq qəzaya uğrayıb. Maşının içərisində olan xurma yerə dağılıb. Hadisə zamanı təxminən 2 min yeşik xurma ətrafa yayılıb. Qəzaya uğrayan maşın Göyçay rayonundan Ukraynaya xurma aparırmış. Qəzanın baş verməsində ilkin versiya kimi hava şaraiti göstərilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31