Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Abşeron Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dekabrın 10-da saat 20.10 radələrində Abşeron rayonu ərazisində, Ağdam rayon sakini Bədəl Quliyev "Mercedes" markalı avtomaşını idarə edərkən, yolu keçən Şamaxı rayon sakini Niyaz Süleymanovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31