Gəncədə polis öldürüldü

Gəncədə polis serjantı qətlə yetirilib. "Qafqazinfo"nun "Azadlıq"a istinadən verdiyi məlumata görə, əslən tərtərli olan Gəncə Şəhər Baş Polis idarəsinin polis serjantı Elmir Həsənoğlu qətlə yetirilib. Qətlin qadın üstündə baş verməsi bildirilir. Qətli törədən şəxsin isə Yevlax sakini olduğu deyilir. Tərtərdə mərhum serjantın dəfn mərasimində Gəncə Şəhər Baş Polis idarəsi böyük heyətlə iştirak ediblər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31