Cəsədi göldə tapılan həkim hansı səbəbdən ölüb?

Ölümdə zorakılıq izinin olub-olmadığını aşkarlamaq üçün meyit məhkəmə-tibb ekspertizasından keçirilib

Gəncə şəhərində fəaliyyət göstərən klinikalardan birində həkim işləyən Yunis Kazımovun nə səbəbə öldüyü araşdırılır. Cəsədi ötən gün Samuxla Şəmkir rayonu arasında yerləşən göldən tapılan həkimin hansı şəraitdə və necə ölməsi isə naməlumdur. Ölümdə zorakılıq izinin olub-olmadığını aşkarlamaq üçün meyit məhkəmə-tibb ekspertizasından keçirilib. Yerli sakinlərin dediyinə görə, Yunis Kazımov hadisədən öncə Samux rayonunun Qarabağlılar kəndində qeyri-rəsmi əlaqədə olduğu qadının evinə gedib. Bu zaman qadının həyat yoldaşı həmin mənzilə gəlib və həkimə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bundan sonra həkimin gölün kənarındakı yeməkxanaya gələrək özünə qəsd etdiyi, və ya qadının yaxınları tərəfindən öldürüldüyü güman olunur.
Rayon Polis Şöbəsin tərəfindən qadının həyat yoldaşı və yaxınları şübhəli şəxs qismində saxlanılıb. Amma Samux rayon Polis Şöbəsindən və prokurorluqdan hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 67 yaşlı Y.Kazımov Gəncə şəhərində fəaliyət göstərən klinikalardan birində pediatır işləyirmiş.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31