Masallıda arvadının qanını tökən əri polis tutdu
Hadisə münaqişə zəminində baş verib
11 Dekabr 2012 13:48 KriminalDünən Masallı rayonunda münaqişə zamanı ər arvadını bıçaqlayıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Masallı rayonu ərazisində, rayon sakini Elçin Kazımov münaqişə zəminində keçmiş arvadı Mehriban Xudaverdiyevaya bıçaqla xəsarət yetirib. Elçin Kazımov hadisə yerindən qaçıb. Lakin Masallı RPŞ əməkdaşları onu tutub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31