Terrorizmdə şübhəli bilinən 15 nəfər saxlanılıb

Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli şəhərində keçirdiyi xüsusi əməliyyat nəticəsində 15 nəfər saxlanılıb. Bu barədə Trend çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən məlumat verir. Saxlanılanlar bir sıra terror aktlarında iştirakda və Kürd Fəhlə Partiyasının (PKK) terrorçularına yardımda şübhəli bilinirlər. 
PKK terrorçuları dinc əhaliyə və təhlükəsizlik qüvvələrinə qarşı sistemli şəkildə hücumlar təşkil edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31