Seksual zorakılıqda ittiham edilən BVF-nin keçmiş rəhbəri 6 mln. dollar kompensasiya ödəyib

Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kanın onu seksual zorakılıqda ittiham edən "Sofitel" otelinin qulluqçusu Nafissatu Diallo ilə əldə etdiyi razılaşmanın təfərrüatları bəlli olub."Azadinform" fransız KİV-nə istinadən xəbər verir ki, Stross-Kan ona 6 mln. dollar kompensasiya ödəyib. Bu pulun yarısını isə BVF-nin sabiq rəhbəri keçmiş arvadı Anna Senklerdən, qalanını isə bankdan girov götürüb. Nyu-York ştatının məhkəməsinin hakimi Duqlas Makkeon bildirib ki, qadın həmçinin "The New-York Post"la da razılaşma əldə edib. Qəzet onu yalan məlumatlar yaymaqda ittiham etmiş, hətta onu yüngül əxlaqlı qadın adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31