DƏHŞƏTLİ qəza - 2 ölü, 27 yaralı
11 Dekabr 2012 12:47 KriminalBu gün saat 6:45-də İranın Çahar Mahal Bahtiyari vilayətində avtobus və yük maşını toqquşub. SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Yol Polisi İdarəsinin rəisi Məhəmməd Reza Mehmandar məlumat verib. Onun sözlərinə görə, avtobusda bir qrup orta məktəb müəllimi olub. Qəza nəticəsində avtobusun 2 sərnişi ölüb, 27-si isə yaralanıb. Qəzaya yük maşınının sürücüsü səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31