Bakıda restoranların birində intihar hadisəsi
Kişi restoranın çardağındağında özünü asıb
11 Dekabr 2012 12:23 KriminalBu gün səhər saatlarında Bakının Səbail rayonunda restoranların birində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Bibiheybət qəsəbəsində Quliyev küçəsi 57 ünvanında yerləşən "Xəzər" restoranında baş verib.
Belə ki, 48 yaşlı Pənah Aslan oğlu Fərzəliyev restoranın həyətindəki çardaqda özünü asıb. Mərhumun meyidi restoranın işçiləri tərəfindən aşkarlanıb. Hazirda hadisə yerində polis və prokurorluq işçiləri araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31