Çay evində qan tökən şəxsi polis tutdu

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir

Bu gecə saat 23:30 radələrində Hüseyn Cavid prospektində yerləşən çay evində bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nemət Cəfərov qarın nahiyyəsindən bıçaqlanıb.

Hadisəni törədən Sənan Qayıblı isə hadisə yerindən qaçıb. Lakin Sənan çox uzağa gedə bilməyib. Onu Yasamal RPİ CAŞ və 28-ci PB-nin əməkdaşları tutublar. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31