Bakıda işə düzəltmək adı ilə dələduzluq edən şəxs tutulub
10 Dekabr 2012 17:18 KriminalBakıda dələduzluqda ittiham olunan və uzun müddət polisdən məharətlə gizlənən qadın tutulub. Bu barədə "Azadinform"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Alaxsova Sabrina Cavidovna tutulub.
Saxlanılan qadın bir çox insanı aldadaraq, onları vəzifəyə keçirəcəyi və ya ali məktəblərə qəbul etdirəcəyi ilə bağlı söz verərək külli miqdarda pul alıb. Onun ümumilikdə 200 min dollara yaxın vəsaiti mənimsədiyi bildirilir.
Faktla bağlı cinayət işi başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31