Bakıda qatar sərnişini vurdu
10 Dekabr 2012 16:49 KriminalBakıda elektrovoz sərnişini vurub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə dekabrın 8-də saat 19.45 radələrində Bakıxanov Dəmir Yolu Stansiyası ərazisində baş verib. Bakı şəhər sakini Qürbət Vəliyev elektrovozla vurulub. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31