Hacıqabulda silahlı insident, bir nəfər güllələndi
10 Dekabr 2012 16:35 KriminalHacıqabul rayonunda ölümlə nəticələnən silahlı insident baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı xəbərə görə, hadisə dekabrın 8-də rayonun "Hacısəfər" adlandırılan fermer təsərrüfatında baş verib. Orada gözətçi işləyən Tural Yusifov münaqişə zəminində ov tüfəngindən atəş açaraq, iş yoldaşı Vahid Şükürovu qətlə yetirib. T.Yusifov Hacıqabul RPŞ əməkdaşları tərəfindən tutulmuş, onun sərxoş halda olması müəyyən edilib və ondan 1 ədəd ov tüfəngi, hadisə yerindən isə 3500 ədəd kiçik çaplı patron aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31