Bakıda sərnişin avtobusu aşdı, 6 nəfər yaralandı

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb."OLAYLAR"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə dekabrın 9-da saat 09.50 radələrində Xətai rayonu ərazisində baş verib.  Bakı şəhər sakini Musa İsmayılov "Daewoo" markalı sərnişin avtobusunu idarə edərkən, onu körpünün dayağına vurub. Nəticədə xəsarət almış 6 nəfər sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31