Qızının istəyinə qarşı çıxan ana ömrü boyu bunun əzabını çəkəcək

Füzuli rayonunda intihar hadisəsi baş verib

Füzuli rayonunda özünü öldürən məktəbli ilə bağlı ilginc fakt əldə etdik. Rayon prokuroru Rəfail Zeynalov Milli.Az-a bildirdi ki, 15 yaşlı Roza Quliyevanın özünü öldürməsinə ailə münaqişəsi səbəb olub. Ananın qızının istəyini yerinə yetirməməsi övladını itirməsinə gətirib çıxarıb.
Hadisə günü bazara gedən ana Rozanı yox, digər qızını özü ilə aparıb. Roza da getmək istəsə də, anası buna etiraz edib. Bazardan qayıdan ana isə qızının asılmış meyitini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31