17 yaşlı gənc anasını öldürüb şkafda saxladı

Tükürpədici hadisəni Türkiyədə universitetə hazırlaşan gənc törədib

Türkiyənin Malatya şəhərində tükürpədici hadisə baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ali məktəbə hazırlaşan 17 gənc öz anasını qətlə yetirib.
İddialara görə, 60 yaşlı Fatma adlı qadın oğluna dərs oxumağı tapşırıb. Lakin anasının bu sözünə əsəbləşən gənc onu bıçaqlayıb. Daha sonra isə cəsədi parçaya bükərək şkafda gizlədib. Üzərini isə yorğanla örtüb. Hadisənin ertəsi gün həyat yoldaşı il əlaqə saxlaya bilməyən kişi polisə müraciət edib.

Lakin gəncin ziddiyyətli ifadəsindən şübhələnən polis tezliklə qatili yaxalaya bilib. Ana qatili polis tərəfindən həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31