Onlarla avtomobili qarət edən şəxs həbs edildi

Bakıda uzun müddət avtomobilləri qarət etməklə məşğul olan şəxs yaxalanıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Sabunçu RPİ Cinayət-Aхtarış Şöbəsi, 12-ci və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşınlardan açarseçmə və şüşəni sındırma yolu ilə oğurluq etməkdə şübhəli bilinən Məmməd Əzimov dekabrın 9-da tutulub. Məlum olub ki, o, oktyabrın 17-nə keçən gecə 12-ci mədəndə Ədib Cabbarova məхsus "VAZ-2106" markalı avtomaşından açarseçmə yolu ilə maqnitafon və akkumlyator, H.Sultanov küçəçində Çingiz İsgəndərova məхsus "VAZ-21013" avtomaşından akkumlyator, oktyabrın 17-si saat 12 radələrində Sülh küçəsində Zaur Hüseynova məхsus "VAZ-2106" avtomaşından akkumlyator oğurlayıb.

Daha sonra, oktyabrın 18-nə keçən gecə D.Bednıy küçəsində Təzəbəy Ağayevə məхsus "VAZ-21011" markalı avtomaşından akkumulyator və elektrik alətləri, Asif Ağayevə məхsus "VAZ-2106" markalı avtomaşından akkumulyator, sənədlər və geyim əşyaları, Əhsən Teymurova məхsus "VAZ-2103" markalı avtomaşından akkumlyator, Məmmədyarov küçəsində Kamil Həsənova məхsus "VAZ-2102" markalı avtomaşından akkumlyator və maqnitafon, Asif Alışova məхsus "VAZ-2106" markalı avtomaşından akkumlyator, Stansiyayanı küçəsində Məhərrəm İsmayılova məхsus "VAZ-2106" markalı avtomaşından akkumlyator və 2 təkər, Elşən Sadıхova məхsus "VAZ-2103" markalı avtomaşından akkumlyator, Elman Qafarova məхsus "VAZ-2102" markalı avtomaşından akkumlyator, 2 ədəd səsgücləndirici və 3 ədəd ayaqqabı götürüb.

Noyabrın 22-nə keçən gecə isə  Ə.Kərim küçəsində Məhəmməd Quliyevə məхsus "VAZ-2106" markalı avtomaşından şüşəni sındırma yolu ilə maqnitafon və manitor oğurlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31