Taksi sürücüsü müştəri qadını qarət etdi

Bakıda müştəri qadını qarət edən taksi sürücüsü saxlanılıb. Bu barədə "OLAYLAR"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Hadisə dekabrın 4-də  baş verib. Xanım İsmayılova Moskva prospekti 70-in qarşısında naməlum sürücünün taksi kimi idarə etdiyi avtomaşına əyləşərək Yeni Yasamala gedəcəklərini bildirib. Sürücü avtomaşını Moskva prospekti 75-in qarşısında saхlayıb bıçaqla X.İsmayılovanı hədələyərək qızıl boyunbağısını və 125 manat pulunu alıb. Yasamal RPİ CAŞ və 29-cu PB-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində quldurluqda şübhəli bilinən Orхan Fərzəliyev dekabrın 8-də tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31