Bakıda oğurluq edən yükdaşıyanlar saxlanılıb
Onlar törətdikləri cinayəti etiraf ediblər
10 Dekabr 2012 10:16 KriminalAnspress xəbər verir ki, Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsi 37 ünvanında vətəndaş Elman Məmmədova məxsus məişət əşyalarının yığıldığı saxlanc yerindən oğurluq edilib. Zərərçəkən bu barədə şikayət ərizəsi ilə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib. Keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən 3 nəfər - Ağabala Yusifov, Allahverdi Salmanov və Bəhruz Hüseynov saxlanılaraq istintaqa cəlb edilib. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.Qeyd edək ki, saxlanılan şəxslər 8-ci kilometr bazarında yük daşımaqla məşğul olurmuşlar. Zərərçəkənin saxlanc yerindən oğurluq edən zaman isə əsas vəzifəni Bəhruz Hüseynov yerinə yetirib. Yəni, hadisə zamanı anbarın qıfılını qırıb içəri məhz Bəhruz daxil olub.Faktla bağlı saxlanılan şəxslər barəsində Nizami Rayon Polis İdarəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb. İstintaq zamanı dəstə üzvlərinin başqa oğurluqlarda iştirak edib-etmədiyi də məlum olacaq.