“Azərenerji”nin ərazisində yanğın olub
Cəmiyyətə məxsus transformator yanıb
10 Dekabr 2012 10:13 KriminalAbşeron rayonu, Masazır qəsəbəsində yanğın baş verib. ANS PRESS-in Fövqəladə Halllar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın "Azərenerji" ASC-nin ərazisində baş verib. Cəmiyyətə məxsus transformatorun sarğıları və yağı yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:10 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31