Aktyorun evindən narkotik tapıldı
10 Dekabr 2012 09:45 KriminalTürkiyənin məşhur aktyoru Köksal Engürün mənzilində araşdırma aparan polis onun evindən 1 kiloqram 300 qram narkotik aşkar edib. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polisə verdiyi ifadədə narkotikin ona aid olduğunu etiraf edən aktyor ancaq satıcı deyil, istifadəçi olduğunu bildirib. Engür ilə tutulan digər 19 nəfərin isə 2004-cü ildə vəfat edən məşhur manken Burçin Bircanı narkotiklə təmin edən şəbəkə üzvləri olduğu iddia olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31