İki nəfər suda boğulub

İki nəfər suda boğulub.Trend-in Daxili İşlər Naziliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 18-də Hacıqabul rayonunun Talış kəndi ərazisində, kənd sakini Yədulla Zərbalıyev su kanalına düşərək boğulub.Mayın 19-da Qax rayonunun İlisu kəndi ərazisində, Bakı şəhər sakini Həqiqət Orucova "Ulu Körpü" istirahət mərkəzinin yaxınlığından keçən Kürmük çayını keçərkən yıxılıb və suda boğulub.
Hər iki fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31