80 milyon dollar məbləğində kokain tutuldu

Avstraliya polisi böyük həcmdə kokain partiyası ələ keçirib. "France-Presse" agentliyinin verdiyi xəbərə görə, Çilidən bu ölkəyə gətirilən kokainin qara bazar dəyəri 81 milyon dollar məbləğində hesablanır. Rəsmi dairələrdən verilən məlumata görə, bu ölkə tarixində ələ keçirilmiş ən böyük partiya narkotikdir. Kokainin çəkisi 135 kiloqramdır. Ümumilikdə isə bu ay ərzində Avstraliya polisi 700 kiloqramdan artıq narkotik maddə ələ keçirib. 
Polisin həyata keçirdiyi əməliyyat nəticəsində 5 nəfər həbs olunub. Həbs olunanlardan üçü avstraliyalı, biri italyan digəri isə meksikalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31