3 dələduz qandallandı

Paytaxt polisi dələduzluğa görə axtarışda olan 3 nəfəri qandallayıb. Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olublar. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəfail İbrahimov saxlanılıb. Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları isə Pərviz Məmmədov və Mətləb Gülüşovu tutublar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31