FHN Bakıda çörək sexində baş vermiş partlayışla bağlı məlumat yayıb
7 Dekabr 2012 15:23 KriminalFövqəladə Hallar Nazirliyi Bakıda çörəkbişirmə sexində baş vermiş partlayışla bağlı məlumat yayıb.Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində fəaliyyət göstərən çörəkbişirmə sexində partlayış olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.Müəyyən olunub ki, partlayış nəticəsində yanğın olmayıb, sex və ona bitişik tikili zədələnib.
İlkin məlumata əsasən 3 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədər müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31