İrandan gələn şəxslər Azərbaycanda qəza törətdi
7 Dekabr 2012 14:27 KriminalAzərbaycana gələn İran vətəndaşları Astarada qəzaya uğrayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 5-də saat 18.00 radələrində Astara rayonunun Ərçivan kəndi ərazisində baş verib. Kənd sakini Rəşad Quliyevin idarə etdiyi "VAZ-21074" markalı və İran vətəndaşı Karim Said Cəmil oğlunun idarə etdiyi "Samand LX" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış R.Quliyev və Karim Said Cəmil oğlunun sərnişini - İran vətəndaşı Maqsudyan Nazənin Fərəculla qızı xəstəxanaya yerləşdiriliblər. R.Quliyev orada ölüb.
Astara RPŞ tərəfindən araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31