Dəhşətli qəza, 5 nəfər öldü, 3 nəfər yaralandı

Sumqayıtda 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 7-də saat 04.00 radələrində Sumqayıt şəhəri ərazisində baş verib.  Bakı şəhər sakinləri Qorxmaz Niftaliyevin idarə etdiyi "VAZ-2107" markalı və Gündüz Cəlilovun idarə etdiyi "Mercedes E-200" markalı avtomaşınlar toqquşub. Nəticədə Q.Niftəliyev və sərnişiləri - Bakı şəhər sakinləri Rövşən Mürşüdov, Sakit Şəmsəddinov və 25-30 yaşlı 2 kişi, habelə G.Cəlilovun 30-35 yaşlı qadın sərnişini hadisə yerində ölmüş, xəsarət almış G.Cəlilov və digər sərnişinləri - Rusiya  Federasiyası vətəndaşları Xədicə Əhmədova və Asiyaq Azayeva xəstəxanaya yerləşdiriliblər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31