Bakıda güclü partlayış: yaralılar var
7 Dekabr 2012 13:44 KriminalBu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində güclü partlayış baş verib. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Biləcəri qəsəbəsində, Biləcəri körpüsü kimi adlanan nəqliyyat ötürücüsünün yaxınlığında yağ sexində güclü partlayış olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri, hüquq mühafizə orqanlarının nümayəndələri yollanıb.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31