Dağıstanda daha bir “əmir” öldürüldü

Dağıstanın şimalında keçirilən əməliyyat zamanı iki yaraqlı məhv edilib. Lent.az-ın "RİA Daqestan"a istinadən verdiyi xəbərə görə, Xasavyurt rayonunun Vinsovxoznıy qəsəbəsindəki evlərin birində mühasirəyə alınan yaraqlılar xüsusi xidmət orqanlarının təslim olmaq haqda çağırışlarına məhəl qoymayıblar. Qarşılıqlı atışma nəticəsində evdə gizlənən hər iki yaraqlı öldürülüb.
Öldürülənlərin birinin 1986-cı il təvəllüdlü Aslan Məmmədov olduğu aydınlaşıb. O da məlum olub ki, "Muas" ləqəbli Məmmədov Doku Umarovun Xasavurta təyin etdiyi "əmir" imiş. Məmmədov bir neçə din xadiminin, polislərin və xeyli sayda dinc sakinin ölümündə günahkar bilinərək federal axtarışda olub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31