İcradan yayınan 170 şəxs barədə cinayət işi başlanıb
7 Dekabr 2012 11:36 Kriminal2012-ci ilin 9 ayı ərzində 114 mindən çox məhkəmə qərarının icrası təmin edilib. Bu barədə Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş kollegiya iclasında bildirilib. İclasda o da bildirilib ki, hesabat dövründə hüquqi və fiziki şəxslərə 70 milyon manat vəsait ödətdirilib. İcradan yayınan 1200-dən çox şəxs inzibati məsuliyyətə cəlb olunub, 2400-ə yaxın borclu şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb, 170-dən çox şəxs barəsində cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31