Bakıda yaşayış binasında partlayış, 3 ev dağıldı: xəsarət alan var

Bakı şəhərinin Xətai rayonunda partlayış hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzil 12-də yaşayan vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı, 1-ci mərtəbədə isə mənzil 10-da yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlıı mənzilin 2 otağının əsas divarları dağılıb.

Partlayış zamanı mənzil 12-də yaşayan Hüseynova Pərvanə Alı qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə Yanıq Mərkəzinə aparılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31