BDU-da oxuyan 19 yaşlı qız intihar edibmiş - TƏFƏRRÜAT

Dekabrın 5-də Bakıda kirayə qaldığı mənzildə meyiti tapılmış qızın intihar etdiyi məlum olub.Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də özünü zəhərləyib. Gənc qızın meyiti bir neçə gün sonra tapılıb. Hadisə vaxtı isə o, evdə tək olub.

*****
 

Dekabrın 5-də Bakıda meyiti tapılmış tələbə qızın ölümü ilə bağlı bəzi məqamlar məlum olub.

Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də nənəsi ilə birlikdə kirayədə qalıb. Bakı Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kursunda oxuyan qızın nənəsi keçən həftə rayona gedib. N.Qasımova evdə tək qalıb. Həftənin birinci günü isə o, dərsə getməyib. Tələbə yoldaşları zəng vursalar da, 19 yaşlı qız telefona cavab verməyib. Bu, hal 2 gün davam edib. Nəhayət rayondan ailə üzvləri və tələbə yoldaşları həmin ünvana gəliblər. Onlar gənc qızın meyitini yatağında aşkarlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31