Bakıda kütləvi davada adam öldürənlər məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda qətl törətməkdə təqsirləndirilən Bakı sakini Vüsal Ələkbərov və Şirvan şəhər sakini Orxan Əhmədovun məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə qarşı ittiham aktı elan olunub. Təqsirləndirilən şəxslər ittihamlarda özlərini qismən təqsirli bilib və və qətl hadisəsinin özlərini müdafiə edərkən baş verdiyini bildiriblər. .

İttihama görə, bu il martın 15-də Bakının Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən "Çay Evi"nin qarşısında bir neçə nəfər arasında düşən davada Bakı şəhər sakini, 24 yaşlı Bağır İbrahimov bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan gənc hadisə yerindəcə keçinib. Qətli törədib və hadisə yerindən qaçan Vüsal Ələkbərov və əvvəllər məhkum olunmuş Orxan Əhmədov bir gün sonra saxlanılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31