Qızının sevgilisi olan əmisi oğlunu öldürən ata 11 il cəza aldı
6 Dekabr 2012 16:59 KriminalLənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Lerik rayon sakini, 39 yaşlı Asif Hüseynovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Asif Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il iyunun 12-də Lerik rayonunun Murya kəndində Asif Hüseynov əmisi oğlu 21 yaşlı Ahil İbrahimovun boğaz nahiyəsindən ağac parçası ilə vuraraq öldürüb. İstintaqla müəyyən edilib ki, Asif Hüseynovun qızı Gülyanaq İlkin adlı şəxsə iki il nişanlı olub. Nişandan sonra hərbi xidmətə yollanan İlkin əsgərlikdən qayıdandan sonra ailə üzvləri Gülyanağın atasının əmisi oğlu Ahil İbrahimovla sevgi münasibətləri yaşadığını deyib və nəticədə nişan qayıdıb. Nişanı qayıdandan sonra Ahil İbrahimovun ailə üzvləri qızı almaqdan imtina edib. Bu səbəbdən iki ailə arasında mübahisə baş verib və mübahisədən sonra qətl hadisəsi baş verib.