Bakıda qadını qətlə yetirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 55 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Bərdə rayon sakini, 24 yaşlı Cavid Əhmədovun məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə iş üzrə məhkəmə prosesi yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə  Cavid Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il oktyabrın 13-də saat 14:00 radələrində Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 37 "A", mənzil 73-də yaşamış 55 yaşlı Sunqayeva Pirdas Həsənhüseyn qızının yaşadığı mənzildə bədən səthi üzərində çoxsaylı kəsici-deşici xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib. Araşdırmalar zamanı məlum olub ki, C.Əhmədov qadını qətlə yetirəndən sonra evdə olan küllü miqdarda qızıl-zinnət əşyalarını oğurlayıb. Məhkəmədə ifadə verən Cavid Əhmədov cinayət yolu ilə əldə etdiyi 7 min manatı barlarda xərclədiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31