Baş Prokurorluqda kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılıb

Hökumətin bu məsələ ilə bağlı telekanallara tövsiyə xarakterli müraciət edəcəyi bildirilir

Azərbaycan Baş Prokurorluğunda televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılıb.
APA-nın məlumatına görə, komissiya hökumətin göstərişi ilə formalaşdırılıb. Hökumət Baş Prokurorluğa müraciət edərək, televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlər zamanı müəyyən qanun pozuntularının (təqsirləndirilən şəxsi günahkar kimi təqdim etmək, onlar haqqında məcburi videoçəkiliş aparmaq, qəza nəticəsində ölən şəxslərin meyitinin açıq şəkildə göstərilməsi və s.) baş verdiyini əsas gətirərək, konkret təkliflər istəyib.
Hökumətin müraciətindən sonra Baş Prokurorluqda xüsusi komissiya yaradılıb, bununla bağlı geniş təkliflər hazırlanıb və hökumətə göndərilib. Hökumətin bu məsələ ilə bağlı telekanallara tövsiyə xarakterli müraciət edəcəyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31