Bakıda dəm qazı yenə can aldı

Bakıda gənc ana azyaşlı qızı ilə birgə dəm qazından zəhərlənoblər.Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Fin evi küçəsi, ev 76 ünvanında qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayanlar - 25 yaşlı Aynur Mehman qızı Baxşıyeva və onun azyaşlı qızı Zəhra hamamda çimərkən dəm qazından zəhərləniblər.

Onlar təcilli olaraq xəstəxanaya çatdırılsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə ağır olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31