Bakıda "ZİL" markalı avtomobil yanıb

Bakı şəhəri,  Səbail rayonunda vətəndaşa  məxsus  "ZİL" markalı yük  avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində maşının  mühərrikindəki elektrik avadanlıqları sıradan çıxıb.  Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31