Daxili orqanında heroin keçirmək istədi
6 Dekabr 2012 11:52 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Ağaverdi Səfərov üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 48,201 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31