Suraxanıda xüsusi əməliyyat: 5 ildir axtarılan şəxs tutuldu
6 Dekabr 2012 11:09 KriminalBakıda polis ötən gecə xüsusi əməliyyat keçirib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən (RPİ) bildirilib.Məlumata görə, Suraxanı RPİ əməkdaşları 30-cu Polis Bölməsinin inzibati ərazisində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istehsalı ilə məşğul olan Hövsan qəsəbə sakini, 2008-ci ildən axtarışda olan İsgəndər Nuru oğlu Səfərov saxlanılıb.Onun yaşadığı evdən 250 qutu marixuana, əlavə olaraq 20 kiloqram narkotik vasitə və narkotik bitkilərin becərilməsi üçün lazım olan xüsusi vasitələr aşkar edilərək götürülüb. Hazırda polis ifşa olunan şəbəkədə narkotik vasitələrin istehsalı ilə məşğul olan digər şəxslərin olub-olmadığını araşdırır.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31