Bakıda aeroport yolunda zəncirvari yol qəzası!

Hadisə nəticəsində 5 maşın toqquşub

Bu gün səhər saat 08:30 radələrində Bakının aeroport şosesində, "Buta Palace"ın qarşısında zəncirvari yol qəzası baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, qəzada 5 maşın toqquşub.Hadisə yerinə 4 təcili yardım briqadası göndərilib. Lakin yol qəzası ciddi olmadığından, 3-ü geri qaytarılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31